Çindən Azərbaycana 8,2 milyon dollarlıq hədiyyə - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Çindən Azərbaycana 8,2 milyon dollarlıq hədiyyə - FOTOLAR

"Xarici ölkələrdən nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün 6 ayda 112 adda 200 -ə yaxın texnika gətirilib".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Agentliyinin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov deyib.

O bildirib ki, Çin tərəfindən yardım məqsədilə 8,2 milyon dollar dəyərində texnika təmənnasız olaraq Azərbaycana verilib:

"Çevik texniki yardım və servis mərkəzləri üçün çoxsaylı avadanlıq alınıb. Bu avadanlıqların bir qismi yollarda yaranan problemlərin aradan qaldırılması, yolların təmir və bərpası, eləcə də təmizliyi təmin etmək üçündür. Bu yol infrastrukturunda böyük potensialın əldə olunması deməkdir".

E.Cəfərov qeyd edib ki, Çin və Azərbaycan arasındakı dostluq münasibətləri çərçivəsində yardımlar davam edəcək:

"Xaricdən - Belarus, Çin, İsveçrə, Türkiyə, İtaliya, ABŞ, Çexiya və digər ölkələrdən alınan texnikaların hazırda sayı 200-ə yaxındır. Bu hələ hamısı deyil. Bəzi yeni texnikalar da gətiriləcək, mərkəzi küçələrdə istifadə ediləcək. Azərbaycanda 50-ə yaxın vakum sorucu texniki maşınlar var ki, indi təmirə ehtiyacları var. Bu baxımdan yeni gətirilən texnikalar iqlimlə əlaqədar olaraq isidici və sərinlədici sistemlərlə təchiz edilib. Bu isə əməkdaşların iş prosesi zamanı hava şəraiti ilə əlaqədar yaşadığı çətinlikləri aradan qaldıracaq".

Çin səfirinin iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan isə iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün bu kimi yardımlara daim hazır olduqlarını deyib:

"Prezident İlham Əliyevin Çinə səfəri zamanı müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə bir sıra məsələlər müzakirə olundu. Bu uğurlu əməkdaşlığın nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişafında Çinin əvəzsiz rolu var. Ümid edirəm ki, bu münasibətlər davamlı olacaq. Ölkəmiz 8,2 milyon dollar dəyərində olan yol infrastrukturunun istifadəsinə aid texnikanı Azərbaycana yardım məqsədilə göndərib. Ehtiyac olarsa, başqa texnikaların da təmin edilməsinə yardım edəcəyik".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm