Gecə saat birdən sonra yola çıxan insanlar... - Kamran Əliyev AÇIQLADI
Bizi izləyin

Nəqliyyat

Gecə saat birdən sonra yola çıxan insanlar... - Kamran Əliyev AÇIQLADI

“May ayının 1-dən bu günə qədər kənd təsərrüfatı nəqliyyat vasitələri ilə 13 hadisə baş verib. Bu hadisələr nəticəsində 13 nəfər ölüb, 10 nəfər yaralanıb”.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinə rəisi Kamran Əliyev sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

K.Əliyev kənd təsərrüfatı nəqliyyatı vasitələrinin yollarda hərəkət qaydalarını pozmasının yaratdığı problemlərdən də danışıb:

“Bizi narahat edən məsələ nasaz xarici işıq cihazları olan nəqliyyat vasitələri, arxasında kotan olan traktorların hərəkətidir. Həmin traktorların gecə vaxtlarında hərəkəti tamamilə qadağan edilib. Düzdür, bu nəqliyyat vasitələrin nə üçün avtomobil yolu ilə hərəkət etməsi, habelə bu nəqliyyat vasitələrindəki çatışmazlıqlar bəllidir. Bir kombayn yola çıxanda yolun yarıdan çoxunu tutursa, bu artıq digər nəqliyyat vasitələrinin hərəkətinə problem yaradır”.

K.Əliyev onu da vurğulayıb ki, bu nəqliyyat vasitələrinin texniki sazlığı da ciddi problemdir:

“Sovet dövründə bu nəqliyyat vasitələrinin texniki imkanı tez-tez yoxlanılırdı. Bundan başqa nə qədər traktor sürücüsünü sərxoş halda saxlayırıq. Onlar düşünür ki, onsuz da traktordur, yol polisi saxlamayacaq. Bu sahədə problemlərin qarşısını almaq üçün həmin nəqliyyat vasitələrinə texniki nəzarət məsələsinin yoxlanmasına ehtiyac var. Kənd təsərrüfatı ilə bağlı bizi narahat edən bir sıra məqamlar var. Minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarının gətirilməsi də problemdir. Gecə saat birdən sonra yola çıxan və gün ərzində istirahət etməyən insanlar da nəqliyyat hadisələrinin baş verməsinə “şərait” yaradır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm