Ərşad Hüseynov: “Kombayn tarlada aşırsa...”
Bizi izləyin

Nəqliyyat

Ərşad Hüseynov: “Kombayn tarlada aşırsa...”

“Neftdən sonra idxal olunan məhsullar arasında kənd təsərrüfatı malları ikinci yerdə durur. Bu məhsulların daşınmasında təhlükəsizlik son dərəcə vacib məsələdir”.

Publika.az xəbər verir ki, bu sözləri “DİGESTA” hüquq firmasının rəhbəri, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

Ə.Hüseynov qeyd edib ki, kənd təsərrüfatı sahəsində inkişaf üçün texnikanın sazlığı son dərəcə önəmli məsələdir:

“İqtisadi itkilərin olmaması, zərərin minimuma endirilməsi üçün bu texnikalardan istifadə bacarığı və texnikanın sazlığı vacibdir. Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Xidməti müasir texnologiyalara əsaslanan texniki baza yaradıb. Kənd təsərrüfatı sahəsindəki texnikadan istifadə üsulları barədə məlumatlı olmaq üçün bu sahədə peşə hazırlığına diqqət artırılmalıdır. Məlumata görə, hazırda 80 min civarında kənd təsərrüfatı texnikası var. Bu ümumi nəqliyyat parkının beş-altı faizini təşkil edir”.

Ə.Hüseynov kənd təsərrüfatı texnikaları ilə bağlı mövcud problemlərdən də danışıb:

“Bəzən ictimai rezonans doğuran yol nəqliyyat hadisələrinin kənd təsərrüfatı texnikaları vasitəsilə törədilməsi gündəmə gəlir. Bu yaxınlarda traktorun qoşqu hissəsinin aşması buna nümunə ola bilər. Bununla yanaşı, ölkəmizdə fermerlərin bu texniki vasitələrin çatışmazlığı ilə bağlı problemləri biçin vaxtı mediada işıqlandırılır. Buna səbəb həmin vasitələrin qiyməti ilə bağlıdır. Bu texnikaların ölkəyə gətirilməsi iqtisadi məsələdir. Lakin mövcud texniki vasitələrə qulluq da vacib məsələdir. Kombayn tarlada aşırsa, bu, onu idarə edən şəxsin sürücülük bacarığından və texnikanın imkanlarından xəbər verir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm