Bu yollarda hərəkət məhdudlaşdırılacaq - DİQQƏT
Bizi izləyin

Nəqliyyat

Bu yollarda hərəkət məhdudlaşdırılacaq - DİQQƏT

Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, işlər axşam saatlarına qədər davam etdiriləcək.

Məlumata görə, təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan dairəsində və Bakı şəhəri Həsən Əliyev-Bakıxanov küçəsinin kəsişməsində, Cəlil Məmmədquluzadə Küçəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm