Bu yollarda tıxac var
Bizi izləyin

Nəqliyyat

Bu yollarda tıxac var

Hazırda Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Publika.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu dəqiqələrdə müşahidə olunan sıxlıq və tıxac müşahidə olunan əraziləri açıqlayıb.

Hazırda Bül-Bül prospekti (Sahil metrostansiyasının qarşısı, Zərifə Əliyeva küçəsi istiqamətində), Koroğlu Rəhimov küçəsi (Fətəlixan Xoyski prospekti istiqamətində), Üzeyir Hacıbəyov küçəsi (Mərkəz istiqamətində), Afiyyəddin Cəlilov küçəsi (Cavanşir körpüsü istiqamətində), Tbilisi prospekti (Hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (Hər iki istiqamətdə, Əhməd Rəcəbli küçəsi və Əliyar Əliyev küçəsi kəsişmələri olan hissəsində), Heydər Əliyev prospekti (Koroğlu metrostansiyası istiqamətində) Neftçilər prospekti (Dəniz Limanı - Yusif Səfərov küçəsi istiqamətində), Nobel prospektində (Nargilə dairəsi) sıxlıq müşahidə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm