Bu yolla bağlı sürücülərə xəbərdarlıq
Bizi izləyin

Nəqliyyat

Bu yolla bağlı sürücülərə xəbərdarlıq

Şamaxı rayonu, Dəmirçi-Lahıc avtomobil yolunda təhlükəsizlik sədlərinin quraşdırılması və Pirqulu-Dəmirçi-Lahıc avtomobil yolunda üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə,təhlükəsiz hərəkətin tənzimlənməsi məqsədilə aparılan rəngləmə işləri avqustun 15-dən 20-dək davam edəcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm