Nəqliyyat
Bakıda bu ərazidə nəqliyyatın hərəkəti yaxşılaşdırılır - FOTOLAR
3-cü mikrorayon dairəsi və “Memar Əcəmi” metro stansiyası yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Publika.az-a bildirilib ki, BNA-nın mütəxəssislərinin ərazidə apardığı təhlillərə əsasən hər iki ünvanda nəqliyyat axınına maneə yaradan amillər müəyyən edilərək aradan qaldırılması üçün plan hazırlanıb.
Plana əsasən 3-cü mikrorayon dairəsinin həndəsi ölçülərində dəyişikliklər edilərək nəqliyyat axını kanallaşdırılacaq. Bundan əlavə, dairənin giriş və çıxış hissələrində piyadaların hərəkətinin nizamlanması məqsədilə işıqforlar quraşdırılacaq ki, bu həm də dairədə nəqliyyat axınının düzgün tənzimlənməsinə imkan verəcək. Eyni zamanda, dairəyə yaxın yerləşən nəqliyyatın hərəkətinə maneə yaradan avtobus dayanacaq məntəqələri yenidən təşkil ediləcək.
“Memar Əcəmi” metro stansiyası yaxınlığında da, həmçinin dairənin həndəsi ölçülərində dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdiriləcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!