Metroda elektrik yarımstansiyası tikiləcək
Bizi izləyin

Nəqliyyat

Metroda elektrik yarımstansiyası tikiləcək

"Bakı Metropliteni" QSC üçün fövqəladə hallarda qatarların fəaliyyəti üçün dizellə işləyən generatorla təchiz olunmuş elektrik yarımstansiyası tikiləcək".

Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır: "Fövqəladə hallarda metronun "Bənövşəyi" xətti üçün nəzərdə tutulan dizellə işləyən generatorla təchiz olunmuş elektrik yarımstansiyasının tikilməsi planlaşdırılır. Yarımstansiya hazırda inşası davam edən, şərti adı "B3" olan metro stansiyasının yaxınlığında yerləşəcək. Onun da dəmir-beton konstruksiya işləri tamamlanıb və arakəsmələrin tikintisi başlanıb. Elektrik yarımstansiyasının ərazisində 8 ədəd generatordan ibarət dizel-generator stansiyası qurulacaq. Bununla, xəttin elektrik enerjisinə fövqəladə ehtiyacları ödənəcək. Ümumən, gələcəkdə tikiləcək bütün yeni xətlərdə, eyni qayda ilə, ehtiyat enerji qida mənbələri olacaq. Bu məsələ ilə bağlı aidiyyəti qurumlarla da müzakirələr aparılır".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm