Nəqliyyat
Metroda qrafik dəyişdi
Sentyabrın 15-dən metropolitendə qatarların hərəkəti yenilənmiş qrafiklə tənzimlənəcək.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq.
QSC-nin sədri Zaur Hüseynovun əmri ilə payız-qış mövsümünün qrafikinə uyğun olaraq, iş günləri ərzində sərnişin hərəkətinin daha çox intensivləşdiyi səhər və axşamın gur saatlarında "Həzi Aslanov-28 May" və əksinə olmaqla qatarlar arasında interval 2 dəqiqə təşkil edəcək. Günün qalan vaxtlarında isə qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı axşamın gur saatlarından sonra qatarlar arasındakı fasilə 3 dəqiqə və daha çox olacaq.
Bakı metropoliteni xətlərinin xüsusiyyətləri nəzərə alınaraq, xətlərin ayrıldığı “28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.
Onu da xüsusi qeyd edək ki, qatarların "Bakmil" stansiyasından xəttə daxil olma və ya ”Nəriman Nərimanov” stansiyasından xətdən çıxarılıb, depoya yola salınma ərəfəsində "Ulduz-Həzi Aslanov" sahəsində interval fərqi bir qədər arta bilər.
Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2019-cu ilin yay aylarına qədər qüvvədə olacaq.
Məlumat üçün bildiririk ki, Bakı metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması və yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.
Sərnişinlərimiz qatarların "Bakmil" stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 15-dən metro.gov.az saytında tanış ola bilərlər. Buna görə saytın "Sərnişinlər üçün" bölməsində "Bakmil" stansiyasına (depoya) gedən qatarların hərəkət cədvəli"nə daxil olmaq lazımdır.
-
Region08:24
Türkiyə səhər saatlarında SİLKƏLƏNDİ
-
Avropa07:47
Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu
-
Avropa07:30
Almaniya “gələcəyin döyüş maşını”nı bu ölkəyə TƏHVİL VERDİ
-
Magazin204:44
Ferdi Tayfurun sərvətindən övladlarına nə qədər qalacaq?
-
İdman04:14
ŞOK İDDİA: “Siti”nin 29 yaşlı ulduzu karyerasını bitirir
-
ABŞ03:43
Tramp: "Ərdoğanla dostam, o, ağıllı və güclü liderdir"
-
Rəsmi xronika03:13
“Əyalət mollası cəzalandırılmalıdır, Azərbaycandan üzr istəməlidir” - Prezidentdən İranla bağlı SƏRT MESAJLAR
-
Ekologiya02:12
Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı - VİDEO