Bu küçədə hərəkət tam dayandırıldı - YAĞIŞA GÖRƏ - RƏSMİ
Bizi izləyin

Nəqliyyat

Bu küçədə hərəkət tam dayandırıldı - YAĞIŞA GÖRƏ - RƏSMİ

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib.

Publika.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətində sıxlıq var. Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və hazırda zəruri olan tədbirlər görülür: “Sürücülərdən mövcud vəziyyəti və hava şəraitini nəzərə alaraq ehtiyyatlı olmalarını xahiş edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm