• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

BTQ ilə sərnişin daşımaları niyə gecikir? - Səbəb AÇIQLANDI

BTQ ilə sərnişin daşımaları niyə gecikir? - Səbəb AÇIQLANDI

"Oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının 1 ili tamam olur. Bu müddət ərzində 3 min vaqondan çox yük daşınıb. Bu rəqəm azdır. Bizi qane etmir".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

"Bizim bədxah qonşularımız ermənilər əvvəllər Rusiya mətbuatında yazdırırdılar ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımalarda Azərbaycan Rusiyanı ötüb keçəcək. Əslində, Rusiya yükdaşımada Qars yollarına daha çox maraq göstərir", -deyə Cavid Qurbanov vurğulayıb.

Cavid Qurbanov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşımalarının gecikməsinin səbəbini də açıqlayıb.

Bildirib ki, Azərbaycan və Türkiyənin dəmiryolu relsləri fərqli ölçüdədir: "BTQ üçün sifariş verdiyimiz vaqonlar bu vəziyyətə uyğun olmalı, sərhədi keçən kimi yeni ölçüyə uyğunlaşmalıdır. Bu baxımdan ləngimə var”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR