Bu marşrut xətləri müsabiqəyə çıxarıldı
Bizi izləyin

Nəqliyyat

Bu marşrut xətləri müsabiqəyə çıxarıldı

Bakıda bəzi marşrut xətləri müsabiqəyə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, müsabiqəyə çxarılan marşrut xətləri 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli marşrutlardır.

Məlumata görə, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub. Məqsəd, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir. Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri Ziya Bünyadov 111.(Əlaqələndirici şəxs: Elvin Həsənov, telefon: 404-79-45 (daxili 2248).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm