Metropoliten gücləndirilmiş iş rejimində çalışacaq
Bizi izləyin

Nəqliyyat

Metropoliten gücləndirilmiş iş rejimində çalışacaq

Sabah “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Publika.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, UEFA Avropa Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu ilə əlaqədar metronun “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

“Metropolitenin təsdiq olunmuş əməliyyat planına uyğun olaraq"Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək. Əməliyyat planına uyğun olaraq əlavə canlı qüvvə və texniki vasitələr də ayrılacaq. Ehtiyac olduğu halda xətdə əlavə ehtiyat qatarlar buraxılacaq”.

B.Məmmədov bildirib ki, oyun saatı ilə əlaqədar olaraq metronun iş saatınına artırılmasına ehtiyac yoxdur.

“Təsdiq olunmuş əməliyyat planına əsasən oyundan sonra sərnişinlər rahat şəkildə mənzil başına çatacaq. Bununla yanaşı azarkeşlərin sayı çox olarsa, əməliyyat planına uyğun tədbirlər görüləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm