Həftəsonu bu yollarda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏ
Bizi izləyin

Nəqliyyat

Həftəsonu bu yollarda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏ

Paytaxtın Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.

Publika.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq 6 oktyabr axşam saat 11:00-dan 7 oktyabr səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, növbəti gün, yəni 7 oktyabr axşam saat 11:00-dan 8 oktyabr səhər saat 6:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm