Hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ
Bizi izləyin

Nəqliyyat

Hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

Oktyabrın 5-dən 6-sı gündüz saatlarına kimi Xəzər Dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına aid Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərilib.

Bu barədə Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumta verib.

Onun sözlərinə görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib.

“Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Bundan başqa, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm