Nəqliyyat
Bakıda tıxacların qarşısını almaq üçün mütləq bunu etmək lazımdır - EKSPERT AÇIQLADI
Nəqliyyat sahəsi üzrə tanınmış ekspert Ərşad Hüseynov Bakıda tıxacların azaldılması üçün metro tikintisinin sürətləndirilməsini təklif edib.
Publika.az xəbər verir ki, ekspert son illər Bakıda metro tikintisinin çox ləng aparıldığını deyib və Xətai-Günəşli istiqamətində dairəvi sistemin tətbiq edilməsinin vacibliyini vurğulayıb: “Bakı Metropoliteninin dövlət müstəqilliyimizin bərpasından əvvəlki 24 illik inkişafı dövründə 18 stansiya və hazırda yeganə olan depo istifadəyə verilib. Amma 27 illik müstəqilliyimiz dövründə cəmi 7 yeni stansiya istifadəyə verilib (az qala 4 ilə 1 stansiya). Həmin 7 stansiyadan da ikisi (C.Cabbarlı və Əcəmi-2 satansiyaları) keçid satansilarıdır, yəni şəhərin yeni ərazisini əhatə etmir. Elə bu səbəbdəndir ki, Bakıda sərnişin daşınmasında Metropolitenin payı 20% civarındadır”.
Ekspert əlavə edib ki, Bakı şəhərində ictimai nəqliyyatın hazırkı durumunun heç kəsi qane etmədiyi, avtomobilləşmə səviyyəsinin cəmi 25% ətrafında olmasına baxmayaraq, mütəmadi tıxacların müşahidə edildiyi hazırkı şəraitdə əsas hədəflərdən biri Metropolitenin inkişafı olmalıdır: “Bu istiqamətdə çoxlu vəsait ayırmaq və həmin vəsaitlərdən səmərəli istifadə etməklə metro şəbəkəsini sürətlə genişləndirmək, Sumqayıt, Xırdalan və Bakı aqlomerasiyasının digər iri məntəqələrini metro ilə əhatə etmək lazımdır. Paytaxtda əsas sərnişin axını Şərq-Qərb istiqamətində və əksinə baş verir. Bu istiqamətdə isə Metropolitenin bircə xətti var, yəni bütün qatarlar “28 May” satansiyasından sonra Şərqə doğru və əksinə bircə xətdən istifadə edir. Bu isə ən ideal intervalda da sərnişin axınını götürə bilməz. Ona görə də ən yaxın zamanda 2-ci Şərq-Qərb (Xətaidən Günəşliyə doğru) xətti də açılmalı, dairəvi sistem təmin olunmalı, qalan istiqamətlərdə şaxələnmələr davam etməlidir. Şəxsən mənə maraqlıdır ki, nəyə görə C.Səlimov küçəsində yeni stansiyanın tikintisi az qala Baykal-Amur dəmiryol xətti qədər vaxt aparır. Belə getsə, növbəti 27 ildə heç 7 stansiya da tikə bilməyəcəyik”.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO