9 ayda 7 mindən çox sürücü qaydanı pozdu - XAÇMAZDA
Bizi izləyin

Nəqliyyat

9 ayda 7 mindən çox sürücü qaydanı pozdu - XAÇMAZDA

“Bu ilin ilk doqquz ayı ərazində Xaçmaz rayon ərazisində 7467 qayda pozuntusu aşkar olunub. Onlardan 7316 şəxs barəsində inzibati protokol tərtib edilib”.

Publika.az xəbər verir ki, bu barədə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin polis mayoru Elşad Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, barələrində tədbir görülən şəxslər arasında 117-i nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər və 158-i isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər olub.

“2017-ci ilin müvafiq dövriyyə müqayisədə göstəricilərin sayında artma olduğunu bildirən bölmə rəisi, keçən il sərxoş halda nəqliyyat vasitəsini idarə edənlərin 113 və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlərin 155 nəfər olub. Bundan əlavə manevr qaydalarını pozan 366, ötmə qaydalarını pozan 1032 və əks hərəkət zolağına çıxaraq hərəkəti davam etdirən 442 sürücü aşkar edilərək barələrində inzibati qaydada protokol tərtib edilib. Bir nəfər isə rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə barəsində inzibati qaydada protokol tərtib olunub və Xaçmaz rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib”.

Rayon ərazisində baş verən yol nəqliyyat hadisələri haqda məlumat verən bölmə rəisi bildirdi ki, qeyd olunan müddətdə Xaçmaz rayonu ərazisində 24 yol nəqliyyat hadisəsi baş verib. Onun sözlərinə görə, bu keçən illə müqayisədə 2 fakt azdır. Sürücülərlə aparılan profilaktiki söhbətlərin nəticəsində yol nəqliyyat hadisələrinin sayının azalmasını sevindirici hal kimi dəyərləndirən Elşad Nəbiyev, qayda pozan sürücülər barəsində tərtib edilən inzibati protokolların ödənilməsi göstəricisinində yüksək olduğunu bildirib. İlk doqquz ayda tərtib olunan 7316 inzibati protokolun 88 faizi qayda pozmuş sürücülər tədəfindən ödənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm