Ekspertdən XƏBƏRDARLIQ: Parklanmaya görə...
Bizi izləyin

Nəqliyyat

Ekspertdən XƏBƏRDARLIQ: Parklanmaya görə...

Hazırda Bakıda parklanma yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə məxsusdur. Küçələrdə park nəzarətçisi kimi gördüyünüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi aydın deyil, çünki parklanma yerləri bu Agentliyə təhvil verilməyib.

Publika.az xəbər verir ki, bu sözləri bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov küçələrdə parklanma yerlərində sürücülərdən ödəniş tələb edilməsinə münasibət bildirərkən deyib.

Bu problem barədə son vaxtlar tez-tez müraciətlərin olduğunu bildirən ekspertin sözlərinə görə, özünü “nəzarətçi” kimi təqdim edən həmin şəxslər parklanma yerlərindən 10-15 dəqiqə istifadə üçün ödəniş etməyənləri 40 manat cərimə ilə hədələyirlər.

Ə.Hüseynov bildirib ki, hətta həmin "nəzarətçi"lər sürücüləri polislə hədələyir.

“Lakin hazırda parklanma yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu - park yerlərinin sayı bəlli deyil. Parklanmaya görə ödənişin məbləği də müəyyən edilməyib. Sürücülərdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara, kimin cibinə getdiyi aydın deyil.
Ödəniş etməməyə görə cərimə tələbi isə digər tərkib əlamətləri də olduqda, cinayət sayıla bilər. Belə hallarla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə müraciət edin, Dövlət Yol Polisinə yox.
Ayrıca qeyd etmək istəyirəm ki, bu xaosa son qoyulması da çox gecikir. Parklanma yerlərinin Bakı Nəqliyyat Agentliyinə təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ ki, baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə normal parklanma təsərrüfatı yaradılmlıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm