Bu istiqamətdə yeni avtobuslar istifadəyə verildi - FOTO
Bizi izləyin

Nəqliyyat

Bu istiqamətdə yeni avtobuslar istifadəyə verildi - FOTO

Bu gün səhərdən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qeyd edək ki, ,oktyabrın 1-də 160 nömrəli avtobusun qatarla toqquşması nəticəsində dəhşətli qəza baş vermişdi. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanmışdı. Bir neçə gün əvvəl 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

M.Ağayev onu da vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm