Avtomobillərin parklanması üçün yeniliklər ediləcək - VİDEO
Bizi izləyin

Nəqliyyat

Avtomobillərin parklanması üçün yeniliklər ediləcək - VİDEO

Bakıda avtomobillərin parklanması ilə bağlı bir sıra yeniliklər olacaq. Ən mühüm yeniliklərdən biri parklanmaya görə xidmət haqqının ödənilməsi ilə bağlıdır.

"Xəzər Xəbər"in məlumatına görə, Bakı Nəqliyyat Agentliyi bununla bağlı iş aparır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, gözlənilən yenliklərdən biri də parklanma yerlərinin zonalara uyğun olaraq bölünməsi olacaq.

Bundan başqa, ödənişlər nağdsız şəkildə həyata keçiriləcək. Həmçinin gələn ildən Agentlik tərəfindən şəhərin müəyyən girişlərində elektron tabloların quraşdırılması planlaşdırılır. Bu tablolar vasitəsi ilə sürücülər ən yaxın parkinq və boş yerlər barədə məlumatlar əldə edə biləcəklər.

İş mərkəzlərində çalışanlar üçün də xüsusi güzəştlər nəzərdə tutulur.

Ərşad Hüseynov deyir ki, bu yeniliklərin tətbiqi paytaxtda nəqliyyat axınına müsbət təsir edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm