Bakı kənd və qəsəbələrinə gedən marşrut avtobuslarının dayanacağı dəyişdirildi
Bizi izləyin

Nəqliyyat

Bakı kənd və qəsəbələrinə gedən marşrut avtobuslarının dayanacağı dəyişdirildi

Bakının kənd və qəsəbələrinə hərəkət edən müntəzəm marşrut avtobuslarının dayanacağı dəyişdirilir.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Agentlikdən verilən məlumata görə, HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq.

“Məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır. Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm