BNA-dan qalmaqallı video ilə bağlı açıqlama: "Dəmir yolu işıqforu işləməyib"
Bizi izləyin

Nəqliyyat

BNA-dan qalmaqallı video ilə bağlı açıqlama: "Dəmir yolu işıqforu işləməyib"

Bakı Nəqliyyat Agentliyi 160 saylı marşrut xətti ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, qurumun mətbuat katibi Mais Ağayev hadisəyə dəmiryolunun işıqforunun işləməməsinin səbəb olduğunu deyib: “17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 JZ 232 olan sərnişin avtobusunun Binə qəsəbəsində dəmir yol keçidi qarşısında dayanması və şlaqbaumun avtobusun üzərində olması ilə bağlı video görüntü yayılıb. Əksər sosial şəbəkə iştirakçıları və videonu çəkən şəxslər avtobusun sürücüsü Mahmudov Nicat Bəhram oğlunun dəmir yol keçidində xəbərdarlıqlara məhəl qoymayaraq son anda dayandığını ehtimal edirlər.

Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və ciddi araşdırılıb. Müəyyən edilib ki, 17.11.2018 tarxində gündüz saatlarında 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və svetofor işləməyib (qırmızı işığı yanmayıb). Buna baxmayaraq sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb. Təqdim edilən video görüntüdən də aydın bilinir ki, slaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb.Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun banının üstündə olmazdı. Video görüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar”.

Qeyd edək ki, bir müddət əvvəl 160 saylı marşrut avtobusu qatarla toqquşub və 3 nəfər həlak olub, xeyli insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm