Bu marşrut xəttinin fəaliyyəti dayandırılır
Bizi izləyin

Nəqliyyat

Bu marşrut xəttinin fəaliyyəti dayandırılır

Bakıda daha bir marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Publika.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 22.11.2018 tarixindən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istismarına dair “Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə də xitam verilib.

Qeyd edək ki, 160 nömrəli şəhərətrafı və 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Binə qəsəbəsi daxilində tam olaraq üst-üstə düşürdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm