Bakıda avtomobillər BAHALAŞDI
Bizi izləyin

Nəqliyyat

Bakıda avtomobillər BAHALAŞDI

Bakıda oktyabr ayında kiçik həcmli mühərrikli avtomobillərin qiymətində bahalaşma qeydə alınıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, mühərrik həcmi 2 litrə qədər olan avtomobillərin orta qiyməti 17,483 manat təşkil edib və əvvəlki ayla müqayisədə qiymətlərdə 14,25 faiz artım müşahidə olunub.

O qeyd edib ki, mühərrik həcmi 2-3 litr olan avtomobillərin isə orta qiyməti 33,758 manat olub və bu seqmentdə olan avtomobillər 14,27 faiz bahalaşıb.

Ekspert bildirib ki, kiçik mühərrik həcmli avtomobillərin qiymət artımına səbəb bu avtomobillərə tələbatın daha çox olması ilə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm