Sürücülərin DİQQƏTİNƏ! Bu yolda... - (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Sürücülərin DİQQƏTİNƏ! Bu yolda... - (YENİLƏNDİ)

Təmir işləri ilə əlaqədar bu gündən paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanması prosesi təxirə salınıb.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Hərəkətin məhdudlaşdırılması ilə bağlı yeni məlumat olan kimi paylaşılacaq.

***

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanır.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Publika.az-a bildirilib.

Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm