Bəzi avtobusların trayektoriyası dəyişəcək
Bizi izləyin

Nəqliyyat

Bəzi avtobusların trayektoriyası dəyişəcək

Sabah paytaxtda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu səbəbdən də, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm