Nəqliyyat
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək vaqonlar Almaniyada sınaq mərhələsində
“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.
Publika.az xəbər verir ki, bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin “STADLER Rail Group” şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir.
Hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilir.
Testlər Almaniyanın dəmir yolları tərəfindən 35 km məsafədə aparılır.
Yoxlanış zamanı vaqonların sürət həddi 177 km/saatadək çatdırılıb. Hal-hazırda testlər uğurla davam etdirilir.
Qeyd edək ki, test yürüşləri “Azərbaycan Dəmir Yolları” QSC-nin və “STADLER Rail Group” şirkətinin nümayəndə heyətlərinin birgə iştirakı ilə həyata keçirilir.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO