SON DƏQİQƏ: "28 may" stansiyasına GİRİŞ BAĞLANDI
Bizi izləyin

Nəqliyyat

SON DƏQİQƏ: "28 may" stansiyasına GİRİŞ BAĞLANDI

Bu gün axşam saatlarında "Bakı Metropoliteni"nin 28 May stansiyasının əsas girişi qısamüddətli bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, buna səbəb stansiyada sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir: "Pik saatlara görə stansiyada sərnişin sıxlığı müşahidə edilib. Sıxlıq yarandığı üçün qaydalara uyğun olaraq sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi saat 19:00 radələrində 5 dəqiqəlik bağlanıb. Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra yenidən stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm