Avtovağzallarda gücləndirilmiş iş rejiminin vaxt uzadıldı
Bizi izləyin

Nəqliyyat

Avtovağzallarda gücləndirilmiş iş rejiminin vaxt uzadıldı

Dövlət Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş iş rejimini yanvar ayının 5-nə qədər uzadıb.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən rəsmi iş günü olsa da, bayramda regionlarımızda dincəlməyə həftəsonuna qədər davam edən sərnişinlər üçün respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsi daha iki gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Xahiş edirik ki, biletlərinizi avtovağzallarımızın kassalarından əldə edəsiniz. Əks halda, qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm