Avtomobil idarə edə bilməyəcək şəxslərin YENİ SİYAHISI hazırlanacaq
Bizi izləyin

Nəqliyyat

Avtomobil idarə edə bilməyəcək şəxslərin YENİ SİYAHISI hazırlanacaq

Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin yeni siyahısı təsdiq ediləcək.

Publika.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Layihənin əsas icraçısı Səhiyyə Nazirliyi olacaq.

Bununla yanaşı Dövlət Proqramında qeyd edilib ki, əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydalarının hazırlanması və bununla bağlı təlim-tədris prosesi təkmilləşdiriləcək.

Operativ nəqliyyat vasitələri, avtobuslar, taksi minik avtomobilləri, yük avtomobilləri, kənd təsərrüfatı təyinatlı, texnoloji, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının xüsusi proqramlar üzrə artırılması işi təkmilləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm