Bakı metrosunda NASAZLIQ - Qatarlar gecikir
Bizi izləyin

Nəqliyyat

Bakı metrosunda NASAZLIQ - Qatarlar gecikir

Metroda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hadisə bu gün saat 19.30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib:

"Stansiyadakı yol ayrıcında texniki nasazlıq yaranıb. Nəticədə bütün xətt üzrə qatarları qəbul etmək mümkün olmayıb. Qatarların hərəkətində dayanma olmasa da, intervalda 5-7 dəqiqə gecikmə yaranıb. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm