Dumanla bağlı sürücülərə xəbərdarlıq - Yalnız müəyyən edilmiş...
Bizi izləyin

Nəqliyyat

Dumanla bağlı sürücülərə xəbərdarlıq - Yalnız müəyyən edilmiş...

Yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilir və prosesin sabah da davam edəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar sürücü və piyadalara xəbərdarlıq edib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dumanlı hava şəraiti yanvarın 22-si səhər saatlarınadək davam edəcək. Bunu nəzərə alaraq, sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.

Eyni zamanda, piyadalardan xahiş edirik ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər”, - deyə Agentlikdən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm