Bakının mərkəzində sərnişin avtobusunda XOŞAGƏLMƏZ HADİSƏ - FOTO
Bizi izləyin

Nəqliyyat

Bakının mərkəzində sərnişin avtobusunda XOŞAGƏLMƏZ HADİSƏ - FOTO

Bakıda sərnişin avtobusu yanır.

Publika.az xəbər verir ki, Rəşid Behbudov küçəsində 88 saylı marşrut xətti üzrə hərəkət edən "Karsan" markalı avtobusda tüstülənmə olub başlayıb.

Avtobusdakı tüstülənməni görən sürücü nəqliyyat vasitəsini saxlayaraq sərnişinlərin düşməsinə şərait yaradıb.

Hadisə vaxtı xəsarət alanın olmadığı bildirilir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, 88 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən 99JK359 dövlət qeydiyyat nömrəli avtobus R.Behbudov küçəsində olarkən mühərrikxanada texniki nasazlıq yaranıb: "Tüstülənmə də bu səbəbdən olub. Yəni hər hansı bir alovlanma və ya yanğın hadisəsi deyil. Xətt üzrə sərnişindaşıma ilə məşğul olan dəşıyıcı tərəfindən əraziyə texniki personal gedib və nasazlıq aradan qaldırılıb".

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm