Bakı-Sumqayıt yolunda taksidən TƏHLÜKƏLİ MANEVR – VİDEO
Bizi izləyin

Nəqliyyat

Bakı-Sumqayıt yolunda taksidən TƏHLÜKƏLİ MANEVR – VİDEO

Fevralın 3-də Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri yaxınlığından keçən hissəsində “Eurohome” tikinti materialları bazarının qarşısında taksi fəaliyyəti ilə məşğul olan avtomobilin yol verdiyi təhlükəli manevrin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, Sumqayıt şəhəri istiqamətində hərəkət edən 90 PV 975 dövlət qeydiyyat nişanlı taksi sürətlə ikinci hərəkət zolağından birinci zolağa keçib və ara məsafəsi saxlayan maşınların arasına daxil olub. Taksi sürücüsü sürəti azaltmayaraq qarşıdakı digər maşını sıxıb və yoldan çıxarıb.

Qeyd edək ki, Bakı şəhərində və digər ərazilərdə taksi fəaliyyəti göstərən avtomobillərin qaydaları kobud şəkildə pozması hadisələrinə tez-tez rast gəlinir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm