Azərbaycanda bu yollarda dərin çatlar yarandı - ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda bu yollarda dərin çatlar yarandı - ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ - FOTOLAR

Fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

Publika.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm