Bakıda ölümə gedən avtomobil: yüksək sürətlə manevr etdi, avtobusa çırpıldı və... - ŞOK GÖRÜNTÜLƏR
Bizi izləyin

Nəqliyyat

Bakıda ölümə gedən avtomobil: yüksək sürətlə manevr etdi, avtobusa çırpıldı və... - ŞOK GÖRÜNTÜLƏR

Bu gün Bakı şəhərinin Xətai rayonunda avtobusa çırpılan minik avtomobilinin qəzadan əvvəl təhlükəli hərəkət etməsini əks etdirən video yayılıb.

Publika.az xəbər verir ki, videoda "KİA Rio" markalı avtomobilin qəzadan əvvəl Babək prospektində yüksək sürətlə və təhlükəli hərəkət etdiyi görünür. Yusif Səfərov küçəsindən dönüb Heydər Əliyev Əliyev prospekti istiqamətinə gedən avtomobil yol qovşağında 2 saylı marşrut xətti üzrə hərəkət edən marşrut avtobusuna çırpılıb. Avtomobili idarə edən sürücü, 1977-ci il təvəllüdlü Məmmədov Emin Vahid oğlu hadisə yerində vəfat edib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm