• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

Bakıda qanunsuz yol nişanı quraşdıran obyekt məşhur polis rəisinin imiş

Bakıda qanunsuz yol nişanı quraşdıran obyekt məşhur polis rəisinin imiş

Bakının “Şamaxinka” kimi tanınan ərazidə qanunsuz yol nişanının quraşdırılması ilə bağlı tədbir görülüb.

Publika.az xəbər verir ki, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən “Tantuni köz dönər” kimi tanınan obyektin sahibi qanunsuz “parkinq” nişanı quraşdırdığı üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılıb. Obyektin inzibatçısı Ziyafət Murtuza oğlu Mikayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən 400 manat məbləğində cərimələnib. Həmçinin qanunsuz quraşdırılmış nişan ərazidən götürülüb.

Bildirilir ki, qanunsuz parkinq nişanı quraşdırmış obyektin sahibi bir vaxtlar Bakının məşhur polis rəislərindən olan Məmməd Mikayılovdur. O, Suraxanı, Xətai, Nəsimi rayonlarının polis rəisi olub, eləcə də İnterpolun Bakı bürosuna rəhbərlik edib. Obyektin inzibatçısı dı M.Mikayılovun yaxın qohumudur.

Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR