Yanvarda ölkəyə nə qədər avtomobil gətirildi?
Bizi izləyin

Nəqliyyat

Yanvarda ölkəyə nə qədər avtomobil gətirildi?

Ötən ay Azərbaycana idxal edilən avtomobillərin sayı 2 min 512 olub.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 28-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 min 267-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 215-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 12-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm