• USD 1,7000 0,00% EUR 1,9171 -0,31%
    • GBP 2,1347 +0,41% RUB 0,0238 +0,42%

Ağsu və İsmayıllıda qar sürücülərə çətin anlar yaşatdı - VİDEO

Ağsu və İsmayıllıda qar sürücülərə çətin anlar yaşatdı - VİDEO

Qar Ağsu və İsmayıllıda avtomobillərin hərəkətində ciddi problemlər yaradıb.

"Xəzər Xəbər"in məlumatına görə, Ağsuda mikroavtobus qar yağdığı üçün yolu qalxmaqda çətinlik çəkib. Yol polisləri və ətrafda olan vətəndaşlar isə mikroavtobusa kömək etməyə çalışıb.

Ağsu aşırımı istiqamətində əraziyə yolun təmizlənməsi üçün canlı qüvvə və texnikalar cəlb olunub.

Yol polisi əməkdaşları güclü qar yağması nəticəsində köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım ediblər. Yol polisindən verilən məlumata görə, ərazidə hərəkət bağlanmayıb. Sadəcə yay şinləri ilə hərəkət edənlərin avtomobilləri dolayları qalxmaqda çətinlik çəkir.

Qar İsmayıllı-Muğanlı yolunda da nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti çətinləşib.

Səhər saatlarından İsmayıllı Yol İstismarı İdarəsinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub, yola duz və qum səpilib.

Hazırda İsmayıllı- Muğanlı yolunda nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR