Bakıda daha bir marşrut avtobusu yandı
Bizi izləyin

Nəqliyyat

Bakıda daha bir marşrut avtobusu yandı

Bu gün Bakı şəhərində daha bir marşrut avtobusunda yanğın qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, bir qədər əvvəl Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov-28 May m-su) hərəkət edən avtobusda yanğın hadisəsi olub.

“Məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırma aparılıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Mühərrik hissəsində qısaqapanma olub. Avtobusda sərnişin olmayıb”.

Qeyd edək ki, bu gün Qaradağ rayonu ərazisində 176 sylı marşrut xətti üzrə hərəkət edən avtobusda da yanğın olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm