Bu yolda rənglənmə işləri aparılacaq
Bizi izləyin

Nəqliyyat

Bu yolda rənglənmə işləri aparılacaq

Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar avtomobillərin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Agentlik bildirir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri Yusif Səfərov küçəsində bu gecə saat 23:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar avtomobillərin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm