Metro istifadəçilərinə ŞAD XƏBƏR - Daha 30...
Bizi izləyin

Nəqliyyat

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Daha 30...

“Bakı Metropoliteni”QSC-nin vaqon parkının yenilənməsi prosesi yaxın illərdə də davam edəcək.

Publika.az xəbər verir ki, bu barədə qurumun yaradılmasının 5 illiyi ilə bağlı hazırlanan hesabatda bildirilib.

Məlumatda bildirilir ki, vaqon parkının yenilənməsi son 5 ilin ən böyük nailiyyətlərindəndir:

“İlk dəfə 2015-ci ildə alınmış ən müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, bu il isə daha 30 ədəd olmaqla parkı yeniləşdirəcək. Qarşıdakı 5 il ərzində bu proses davamlı şəkildə metropolitenin lokomotiv parkını əsaslı şəkildə yeniləcəyik”.

Məlumatda bildirilir ki, 2014-cü ildən mərhələ ilə dərinləşdirilmiş və həm də modernləşdirilmə prosesi ilə zənginləşdirilmiş vaqon parkının yenilənməsi prosesi artıq metropolitenin özünə məxsus ən müasir tələblər səviyyəsində qurulmuş sexdə aparılır. Bu isə vaqonların ölkə xaricində təmirinə xərclənən vəsaitə qənaətlə yanaşı, yeni tipli işçi potensialı, keyfiyyət, səmərə deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm