Bakıda sərnişin daşıyıcılarının sayı azaldılıb
Bizi izləyin

Nəqliyyat

Bakıda sərnişin daşıyıcılarının sayı azaldılıb

2018-ci ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin marşrut şəbəkəsində həyata keçirilən islahatlar nəticəsində daşıyıcıların sayı 41-dən 36-ya endirilib.

İislahatlar nəticəsində, həmçinin 39 marşrutun istismarçısı dəyişdirilib, 9 yeni marşrut təşkil edilib, 5-nin fəaliyyəti dayandırılıb və 32 marşrutun hərəkət sxemi sakinlərin müraciətlərinə və araşdırmaların nəticəsinə əsasən, dəyişdirilib.

Müəyyən marşrutların fəaliyyəti dayandırılmaqla və tələbata uyğun yeni marşrutların təşkil edilməsi ilə onların sayı optimallaşdırılaraq 146-dan 149-a çatdırılıb. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm