Bakının mərkəzində işıqforlarda yaranan problem HƏLL EDİLDİ - YENİLƏNDİ
Bizi izləyin

Nəqliyyat

Bakının mərkəzində işıqforlarda yaranan problem HƏLL EDİLDİ - YENİLƏNDİ

Bu gün Rəşid Behbudov küçəsində işıqforların fəaliyyətində yaranmış problem aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində işıqforun işi bərpa edilib.

****

11:13

Bu gün səhər saatlarında Bakının mərkəzi hissələrində, xüsusi ilə nəqliyyatın intensiv hərəkət etdiyi Rəşid Behbudov küçəsində işıqforların fəaliyyətində nasazlıq yaranıb.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, bir çox işıqforların sönülü vəziyyətdə olması nəqliyyatın hərəkətini çətinləşdirib və Bakıxanov küçəsinə kimi tıxac yaranıb.

Rəşid Behbudov küçəsi ilə Füzuli küçəsinin kəsişməsindən çəkilmiş fotonu təqdim edirik.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm