Bakıda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirildi
Bizi izləyin

Nəqliyyat

Bakıda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirildi

Bakıda Novruz bayramı tədbirlərinin keçirilməsilə əlaqədar olaraq, bu gün səhər saatlarından etibarən paytaxtda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.

İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız qalası və Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.

"Azneft" meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək.

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm