Gəncə-Bakı reysinə dəyişiklik edildi: əlavə qatar ayrıldı
Bizi izləyin

Nəqliyyat

Gəncə-Bakı reysinə dəyişiklik edildi: əlavə qatar ayrıldı

Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Publika.az-a verilən məlumata görə, martın 25-dən Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı xəttə buraxılacaq.

Qeyd edək ki, Qatar Gəncədən saat 18-00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm