Nəqliyyat
Bu marşrut xətti üzrə "BakuBus" avtobusları işləyəcək
Martın 31-dən 88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti “BakuBus” MMC-nin istismarında olan iritutumlu “İveco” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də müəyyən dəyişikliklər edilib.
Belə ki, avtobusların son dayanacaq məntəqəsi "Dərnəgül" Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib.
Bununla yanaşı, küçənin ensiz olması səbəbindən 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar M.Qaşqay küçəsinin Ə.Qasımzadə və Akademik H.Əliyev küçələrinin kəsişməsinə qədər olan hissəsindən keçməyəcək. Alternativ olaraq avtobuslar 7-ci mikrorayon istiqamətində Ə.Qasımzadə, C.Hacıbəyli və Akademik H.Əliyev küçələri ilə hərəkət edəcəklər.
Həmçinin, 8 nömrəli marşrutun 88 nömrəli marşrutla müəyyən küçə və prospektlərdə eyni istiqamət üzrə fəaliyyət göstərməsini nəzərə alaraq 8 nömrəli marşrutun nömrəsinin dəyişdirilərək 88A nömrəsi altında fəaliyyət göstərməsi planlaşdırılıb.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO