• USD 1,7000 0,00% EUR 1,8924 -0,18%
    • GBP 2,2219 +0,17% RUB 0,0276 -0,36%

Bu yolda hərəkət tam məhdudlaşdırılır

Bu yolda hərəkət tam məhdudlaşdırılır

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bülbül prospekti və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan sabah səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlikdən bildirilib ki, ilkin hesablamalara əsasən 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Yolların nəqliyyat buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcək. Bu isə öz növbəsində hərəkət iştirakçılarının xüsusən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tıxacda qalaraq lüzumsuz vaxt itirməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR