Bir gündə 2 min manat cərimə olundular - YOL POLİSİ HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Nəqliyyat

Bir gündə 2 min manat cərimə olundular - YOL POLİSİ HƏRƏKƏTƏ KEÇDİ

Tranzit nömrə və ya xarici nömrə ilə avtomobil sürənlərin cərimələnməsi problemi aradan qaldırılıb.

Publika.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekpsert Ərşad Hüseynov məlumat paylaşıb.

Ekspert bildirib ki, Gürcüstandan avtomobil gətirəndə Bakıya qədər bütün radarları "sayan" və cəmləndikdə 2000 manata yaxın cərimələnənlərə son günlər tez-tez rast gəlinir.

“Bu yaxınlara qədər Dövlət Yol Polisinin mərkəzi məlumat sistemi tranzit və xarici nömrəli avtomobillərlə törədilən qayda pozuntularını avtomatik qeydə almaqda və məlumatı emal etməkdə çətinlik çəkirmiş. İndi problem aradan qalxıb. Əldə etdiyimiz məlumatlara görə, tranzit nömrə və ya xarici nömrələri də ümumi şəkildə qeydə ala bilirlər. Ona görə də bunu əvvəllər bilib, sui-istifadə edənlər diqqətli olsunlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm