Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirməyi planlaşdırır
Bizi izləyin

Nəqliyyat

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirməyi planlaşdırır

Rusiyanın “Smartavia” şirkəti Azərbaycana uçuşlar həyata keçirəcək.

Publika.az Trend -ə istinadən xəbər verir ki, bunu şirkətin kommersiya direktoru Svetlana Rodionova bildirib.

Onun sözlərinə görə, ümumilikdə “Smartavia” yay mövsümündə 60-dan çox marşrut üzrə uçuşlar həyata keçirəcək.

Yeni istiqamətlər arasında Vladiqafqaz, Mineralnıye Vodı, Gelencik şəhərləri də yer alacaq.

Bundan başqa, aviaşirkət Gürcüstanın Tiflis və Batumi şəhərlərinə reysləri artırmağı və Türkiyəyə reyslər həyata keçirməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm